Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft99.52 $▼0.81%
  • WTI neft91.40 $▼0.70%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)3.016 $▲1.11%
  • Qızıl4 061 $▲0.28%
  • Gümüş51.47 $▲0.11%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda595.50 ¢▲0.13%
  • Bitcoin75 228 $▼0.97%
  • Ethereum2 213 $▼0.98%
  • S&P 5007 354▼4.36%
12°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071

Aqil Ələsgər Qazaxıstan Xalqlar Assambleyasının sədr müavini ilə görüşdü – FOTOLAR

image-media-b74eca50-b633-4cda-9f8a-c5e310be10da-yx9vk5
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Almatıda keçirilən “Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” adlı tədbir çərçivəsində qardaş ölkəyə səfər edən Azərbaycan nümayəndə heyətinin üzvləri Qazaxıstan Xalqlar Assambleyasında olublar.

Yenicag.az xəbər verir ki, tərkibində Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərin də yer aldığı nümayəndə heyətini Qazaxıstan Xalqlar Assambleyasının sədrinin müavini Rəsul Əhmədov qəbul edib.

Assambleyanın fəaliyyəti ilə bağlı ətraflı məlumat verən R.Əhmədov, həmçinin, Azərbaycanın və Qazaxıstanın qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib. Daha sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Qazaxıstan–Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” adlı tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin, UNESCO-nun Qazaxıstan nümayəndəliyinin, Dünya Axısxa Türkləri Birliyinin (DATÜB), “İpəkyolu” İctimai Diplomatiya Vəqfinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilib.

Onu da bildirək ki, Qazaxıstan Xalqlar Assambleyasının sədri ölkə Prezidenti Kasım-Jomart Tokayevdir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=163653