Arayik və digər separatçıların həbsxanadan görüntüsü – FOTO

image-1705780394_ce394d96-99ff-47d1-8be3-2d35977acdf5backend

Qarabağda keçirilən antiterror əməliyyatı zamanı saxlanılaraq Bakıya gətirilən qondarma rejimin separatçı “liderləri”nin saxlanıldıqları istintaq təcridxanasından fotoları yayılıb.

Busaat.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan fotolarda terrorçu erməni “liderlər”ə həbsxanada tam normal şərait yaradıldığı görünür. Onlar istintaq təcridxanasında televizora baxır, kitab oxuyur, yaradılmış şəraitdən məmnun görünürlər.

Xatırladaq ki, ötən ilin sentyabr ayında Azərbaycan hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikkəri antiterror tədbirləri zamanı Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki