Arda Turan yenidən məhkəmə qarşısında

image-11-1backend

Müğənni Berkay Şahinin həyat yoldaşı Özləm Şahinə sataşmaqda günahlandırılan Arda Turan yenidən məhkəmə qarşısına çıxmalı olacaq. Busaat.az  xəbər verir ki, buna səbəb Özləm Şahinin yenidən ulduz futbolçu barədə şikayət etməsi olub.

Belə ki, bu gün məhkəmə baş tutmalı olsa da, Arda zədəli olduğu üçün ora gələ bilməyib. 2018-ci ildə baş verən hadisə ilə bağlı tək şahid olan Burak Yılmaz da prosesdə iştirakdan imtina edib. Fransada çıxış edən forvard yalnız mövsüm bitdikdən sonra məhkəməyə gələ biləcəyini deyib.

Qeyd edək ki, bundan öncəki məhkəmə prosesində hakim Ardaya “cinsi təcavüz, “qorxu və panika yaradacaq şəkildə silahdan atəş açma”, “qanunsuz silah gəzdirmə”, “qəsdən adam yaralama” maddələri ilə 2 il 8 ay 15 gün həbs cəzası vermişdi. Lakin sonradan bu cəza İstanbul məhkəməsi tərəfindən ləğv edilmiş, Ardanın yalnız “cinsi təcavüz”ə görə ittiham edilə biləcəyini deyilmişdi

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90