Məzmuna keç
  • Brent neft90.05 $▲0.82%
  • WTI neft83.09 $▲1.06%
  • Avropa qazı (TTF)84.45 €▲4.12%
  • Təbii qaz (ABŞ)3.244 $▼4.14%
  • Qızıl3 637 $▼2.34%
  • Gümüş43.16 $▼4.27%
  • Pambıq79.96 ¢▼0.17%
  • Buğda595.25 ¢▲1.80%
  • Bitcoin61 921 $▼1.68%
  • Ethereum1 751 $▼1.31%
  • S&P 5007 176▼2.00%
17°Bakı
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
Texnologiya

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də - FOTOLAR

image-foto4
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Türkiyə Texnologiya Komandası” – T3 Fondunun dəvəti ilə Türkiyənin İzmir şəhərində keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak edib.

Bu barədə Busaat.az-a qurumun mətbuat xidmətindən bildirilib.

Nümayəndə heyəti “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla birgə festivalda təmsil olunan startapların stendlərini ziyarət ediblər, həmçinin startap komandaları ilə təqdimatlar və hazırlıq səviyyəsi barədə fikir mübadiləsi aparıblar.

Festivalda Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Bilim Bakı” mərkəzi də stendi ilə çıxış edib.

Stenddə festivalı ziyarət edən qonaqlara mərkəz haqqında ətraflı məlumat verilib, 6-14 yaş arası uşaqlara müxtəlif mövzularda təlimlər keçirilib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev həmçinin fəxri qonaqlarla birgə yarışma qaliblərininin mükafatlandırma mərasimində iştirak edib.

2018-ci ildən etibarən təşkil olunan “TEKNOFEST” innovasiya, startap və texnologiya sahəsində dünyanın ən qabaqcıl tədbirlərindən hesab olunur. Festivalın keçirilməsinin əsas məqsədlərindən biri gənclərin qeyd olunan sahələrə diqqətinin cəlb olunması və müvafiq istiqamətlər üzrə inkişafı təmin etməkdir.image-foto1 image-foto2 image-foto3 image-foto5

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=123811