Avropa Birliyinin erməni havadarlığı: “Parlamentin bu cür riyakar və qərəzli qərarı qəbuledilməzdir”

image-avropa-parlamenti-yenibackend

“Bu qətnamə Azərbaycana qarşı növbəti “kor siyasət”ə xidmət edən qərəzli qərardan başqa bir şey deyil”.

Bunu Avropa Parlamentinin Azərbaycanın erməni irsini dağıtması ilə bağlı qətnamə qəbul etməsinə münasibət bildirən Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova Busaat.az-a açıqlamasında deyib.

Partiya sədri vurğulayıb ki, Avropa Parlamenti gözüqapalı siyasət yürüdür. Bu qətnaməni qəbul etmədən öncə Avropa Parlamentində təmsil olunanlar öncə bir bölgəyə səfər etməli idi. Ermənilərin viran qoyduğu Azərbaycan torpaqlarını gözləri ilə görməli idi:

image-esli-1

“Avropa Parlamentinin bu addımı birmənalı olaraq tarixi saxtalaşdıran Ermənistana dəstək kimi dəyərləndirilməlidir və rəsmi Bakı bu qərara rəsmi şəkildə etiraz etməlidir.
Qətnamədə UNESCO-nun Dağlıq Qarabağa girişinə icazəsi verilməsi xahiş olunur və UNESCO-nun qiymətləndirmə missiyası gəlmədən öncə ermənilərin irsi obyektlərinə toxunulmasının qarşısını almağa çağırış yer alır. Maraqlıdır, UNESCO nə zaman Azərbaycana gəlmək istədiyini bildirib, Azərbaycan izn verməyib? UNESCO Azərbaycana gəlib, dağıdılmış abidələri görmədiyi halda belə qərəzli bir qərar necə qəbul olunur? Azərbaycana qarşı qətnamə qəbul etdikdən sonra bu çağırışın anlamı nədir?
Ermənistan 30 ildir Azərbaycan torpaqlarında nəinki mədəni və tarixi irsimizi viran qoyub, həm də etnik təmizləmə aparıb. Avropa Parlamentinin Alban dini məbədlərinin üzərindəki “uydurma yazıların” çıxarılması üçün Azərbaycan hökümətinin “ekspert” işçi qrupu yaradılmasını əsas gətirərək, qətnamə qəbul etməsi absurddur. Bu qətnamə Avropa Parlamentinin Azərbaycana ikili standartlardan yanaşmasının baris nümunəsidir və Azərbaycana qarşı növbəti “kor siyasət”ə xidmət edən qərəzli qərardan başqa bir şey deyil”.

Busaat.az

Günay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90