Avropa çempionatı: Azərbaycan millisi qrupun son oyununda İsveçə məğlub olub

image-azerbaycan-millisibackend

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropa çempionatında növbəti oyununu keçirib.

Busaat.az-ın məlumatına görə, Ataman Güneyligilin yetirmələri yer aldıqları C qrupunun son matçında İsveçlə qarşılaşıblar.

Yığmamız rəqibdən yalnız bir set ala bilib. Ümumi nəticədə isə isveçlilər 3:1 (25:17, 17:25, 25:21, 25:18) hesablı qələbə qazanıblar.

Digər matçda Yunanıstanı 3:0 hesabı ilə üstələyən Türkiyə millisi qrup birinciliyini təmin edib. Azərbaycan seçməsi isə 5-ci pilləyə düşüb. Millimiz yalnız bir halda qrupda dördüncü yeri tutaraq, növbəti mərhələyə adlaya bilər. Bunun üçün Çexiya son tur oyununda “quru” hesabla uduzmalıdır.

Qrup mərhələsinə avqustun 24-də keçiriləcək Çexiya – İsveç və Türkiyə – Almaniya oyunları ilə yekun vurulacaq.

Komandalar O Q M T-F X
1 Türkiyə 4 4 0 12-1 12
2 Almaniya 4 2 2 9-7 7
3 İsveç 4 2 2 7-8 5
4 Çexiya 4 2 2 7-8 5
5 Azərbaycan 5 2 3 8-11 5
6 Yunanıstan 5 1 4 5-13 4
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki