Azərbaycan millisi İordaniyaya qarşı – YENİLƏNİR
Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Busaat.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Bakıda İordaniya yığmasını qəbul edəcək.
“Dalğa Arena”da baş tutacaq görüş saat 20:00-da start götürəcək. Oyunu türkiyəli Arda Kardeşlerin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
12 sentyabr
Beynəlxalq yoldaşlıq oyunu
20:00. Azərbaycan – İordaniya
Baş hakim: Arda Kardeşler (Türkiyə).
Bakı. “Dalğa Arena”.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 9-da “Dalğa Arena”da AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Belçikaya 0:1 hesabı ilə uduzub.
Loading...