Avropa Komissiyası Ukraynaya 100 milyon avro ayırıb

image-avropa-ittifaqibackend

Avropa Komissiyası (AK) Ukraynaya 100 milyon avro ayırıb.

Busaat.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi Twitter səhifəsində bildirilib.

Məlumata görə, sözügedən məbləğ müharibə nəticəsində dağılmış məktəblərin bərpası üçün nəzərdə tutulub.

“Ukraynanın məktəbləri onun gələcəyidir. Biz Ukrayna məktəblərinin bərpa edilməsini dəstəkləyəcəyik və bunun üçün 100 milyon avro ayırdıq. Beləcə məktəblər üçün yeni imkanlar yaradacağıq. Eyni zamanda Ukraynada böhran şəraitində təhsilin təşkili üçün Avropa İttifaqının humanitar maliyyə vəsaitinin 10%-ni mülki müdafiə və humanitar yardımlara yönləndirəcəyik”, – deyə paylaşımda qeyd edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90