Avropa Liqası: “Qarabağ” İngiltərədə meydana çıxır

image-qarabagbackend
“Qarabağ” bu gün UEFA Avropa Liqasında İngiltərənin “Tottenhem” klubu ilə üz-üzə gələcək.
Busaat.az xəbər verir ki, Liqa mərhələsinin I turunun matçı Londonda keçiriləcək.
“Tottenhem Hotspur” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü fransalı FIFA referisi Villi Delajo idarə edəcək.
Qeyd edək ki, Azərbaycan çempionu oktyabrın 3-də Bakıda İsveçin “Malmö” kollektivini qəbul edəcək. “Tottenhem” isə Macarıstanda “Ferentsvaroş”un qonağı olacaq.
Avropa Liqası
Liqa mərhələsi
I tur
26 sentyabr
23.00 Tottenhem (İngiltərə) – Qarabağ (Azərbaycan)
Baş hakim: Villi Delajo (Fransa).
London, “Tottenhem Hotspur” stadionu.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki