Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 623 $▼0.14%
  • Ethereum2 229 $▼0.29%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071

Avtoekspert: "Kuryer xidməti göstərən şəxslərə ciddi nəzarət olunmalıdır"

image-elmeddin-muradli
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Demək olar ki, hər gün moped və motosikletlərin iştirakı ilə baş verən yol-nəqliyyatı hadisələri haqqında xəbərlər alırıq. Və çox zaman da qəzalara səbəb elə sözügedən minik vasitələrinin sürücüləri, daha dəqiq desək, müxtəlif şirkətlərdə fəaliyyət göstərən kuryerlər olur. Bəs, bu cür hadisələrin qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı avtoekspert Elməddin Muradlı fikirlərini Busaat.az-la bölüşüb.

“Demək olar ki, hər gün kuryerlərin iştirakı ilə baş verən avtoqəzaların sayı artır. Çünki onlar yol-hərəkəti qaydalarına ciddi riayət etmirlər. Həmçinin, sahibkarlar əməkdaşlarının iş fəaliyyətinə və istirahət rejiminə nəzarət etmir. Bu məsələ ekspertlər tərəfindən nə qədər müzakirə olunsa da, buna ciddi yanaşılmır və zəruri olan mexanizm tətbiq olunmur. Biz araşdırsaq, görərik ki, həmin işçilərin əksəriyyəti təcrübəsizdir. Sadəcə onlar kuryerlik fəaliyyəti ilə məşğul olmaq üçün şirkətə müraciət edərkən, özləri ilə şəxsi moped, skuter, velosped gətirir ki, bu da bəzi “işbaz”lara sərf edir. Ona görə də şirkət rəhbərləri gələcəkdə yaranan avtoqəzaları nəzərə almadan həmin şəxsləri işə götürürlər”, – E.Muradlı bildirib.

Ekspertin fikrincə, bu sahədə nəzarət tam mümkün olmasa da, amma hər bir halda məsuliyyət formalaşmalıdır ki, bu da qəzaların sayının azalması ilə nəticələnsin.

“Düşünürəm ki, kuryer xidməti göstərən şəxslərlə təbliğat xarakterli görüşlərə ehtiyac var. Onlara lazımi xəbərdarlıq olunmalı və müəyyən maarifləndirmə layihələri həyata keçirilməlidir. Yol polisi nə qədər ciddi nəzarət etsə də, təəssüf ki, yenə də qayda pozuntuları qeydə alınır”, – E.Muradlı vurğulayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=122332