Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft110.37 $▼1.19%
  • WTI neft101.82 $▼1.40%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)2.968 $▼2.69%
  • Qızıl4 014 $▲0.14%
  • Gümüş54.14 $▲0.34%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 439 $▼0.41%
  • Ethereum2 344 $▼0.48%
  • S&P 5007 624▼0.52%
14°Bakı
  • USD1.7004
  • EUR1.9061
  • 100 RUB2.0970
  • GBP2.2754
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542
  • GEL0.6547
  • 100 KZT0.3775
  • UAH0.0376
  • 100 JPY1.0827
  • CHF2.0664
  • USD1.7004
  • EUR1.9061
  • 100 RUB2.0970
  • GBP2.2754
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542
  • GEL0.6547
  • 100 KZT0.3775
  • UAH0.0376
  • 100 JPY1.0827
  • CHF2.0664
İqtisadiyyat

AZAL Avropa və BƏƏ-də baş satış nümayəndəsini təyin edib

image-azal
“Azərbaycan Hava Yolları” QSC
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Azərbaycan Hava Yolları” QSC (AZAL) turizm və hava yolları üzrə satış və marketinq sahəsində ixtisaslaşan “Aviareps” beynəlxalq şirkətini Avropa və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) baş satış nümayəndəsi təyin edib.

Busaat.az şirkətə istinadən xəbər verir ki, bundan sonra “Aviareps” AZAL-a Avstriya, Almaniya, İspaniya, Fransa, Niderland, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərində hava yolları üzrə satış və bilet xidmətləri üçün tam dəstək göstərəcək.

“Aviareps” AZAL-ın baş satış nümayəndəsi olaraq şirkətin əsas bazarlarda iştirakını gücləndirməyə kömək edəcək.

AZAL-ın Satış və Tərəfdaşlıq üzrə direktoru Çingiz Mürsəlov bunu şirkətin beynəlxalq aviadaşımalar bazarda mövqelərini inkişaf etdirmək və möhkəmləndirmək üçün atdığı mühüm addım kimi dəyərləndirib: “Bu əməkdaşlıq bizə rəqabətli bazarlarda mövqeyimizi gücləndirməyə yardımçı olacaq”.

Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı Avropa, Asiya və Şimali Amerika da daxil olmaqla 72 istiqamətə uçuşlar həyata keçirir.

Hazırda AZAL bir “Boeing 787-8 Dreamliner” də daxil olmaqla 26 “Airbus” və “Boeing” təyyarələrinə sahibdir.

“Aviareps” 1994-cü ildə Almaniyada yaradılıb və müştərilərinə qlobal bazarlara çıxmağa kömək edir. Şirkətin dünyanın 61 ölkəsində 67 ofisi var.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=118263