Azərbaycan Baş naziri Özbəkistan dövlət başçısı ilə rəsmi görüş keçirib  

image-8jpeg-1749565669backend

Özbəkistan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 10-da bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən xəbər verilib.

Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Özbəkistanın dövlət başçısına çatdırdı.

Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə olundu, əlaqələrin müttəfiqlik səviyyəsinə çatmasının əhəmiyyəti vurğulandı.

İkitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran bir çox sahələrdə inkişaf perspektivləri müzakirə edildi.

Ə.Əsədov Özbəkistan yığmasının tarixdə ilk dəfə futbol üzrə dünya çempionatına vəsiqə qazanması münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik etdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki