Azərbaycan boksçusu Olimpiya Oyunlarının finalına yüksəldi

image-202156_a3b14ifqv8backend

Azərbaycan boksçusu, dünya çempionu (2021-ci il) Alfonso Dominges (92 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Busaat.az xəbər verir ki, təmsilçimiz yarımfinalda ispaniyalı Emmanuel Reyes Pla ilə qarşılaşıb və 4:1 hesabı ilə qalib gələrək finala yüksəlib.

Beləliklə, o, ən pis halda gümüş medalı təmin edib.

Dominges finalda Lalizbek Mullojonov (Özbəkistan) – Davlat Boltaev (Tacikistan) cütünün qalibi ilə qarşılaşacaq. Bu döyüşün bu gün Bakı vaxtı ilə saat 19:38-də start götürməsi planlaşdırılıb.

Final döyüşü isə avqustun 9-u Paris vaxtı ilə saat 22:24, Bakı vaxtı ilə 10 avqust saat 00:34-də başlanacaq.

Qeyd edək ki, Dominges Tokio-2020 Yay Olimpiya Oyunlarında da iştirak edib və bürünc medal qazanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki