Azərbaycan-Bolqarıstan komissiyasının adı dəyişib

image-260backend

Prezident İlham Əliyev 6 mart 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamında dəyişiklik edib.

Busaat.az xəbər verir ki, yeni sərəncama əsasən, bundan sonra, Komissiya “İqtisadi əməkdaşlıq üzrə Azərbaycan−Bolqarıstan Hökumətlərarası Komissiyası” adlanacaq.

Xarici İşlər Nazirliyinə dəyişiklik barədə Bolqarıstana müvafiq bildiriş göndərilməsi tapşırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki