Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft99.37 $▼0.96%
  • WTI neft91.17 $▼0.95%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.971 $▼0.40%
  • Qızıl4 051 $▲0.04%
  • Gümüş51.46 $▲0.09%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda596.50 ¢▲0.29%
  • Bitcoin75 505 $▼0.61%
  • Ethereum2 220 $▼0.69%
  • S&P 5007 354▼4.36%
11°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Gündəm

""Azərbaycan Dəmir Yolu"nun sərnişindaşıma PROBLEMİ: "Keyfiyyətli şərait yaradılmayıb"

image-azerbaycanady
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Uzun müddətdir ki, pandemiya səbəbindən ölkə daxili dəmir yolu ilə sərnişin daşıması dayandırılıb.
Şəhərlərarası avtobus reysləri, hətta gecə reysləri işə düşsə də, dəmir yolu nəqliyyatında hələlik tərpəniş müşahidə olunmur.

Busaat.az xəbər verir ki, mövzu ilə bağlı Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, bir neçə beynəlxalq layihəni uğurla gerçəkləşdirən “Azərbaycan Dəmir Yolu” ASC-nin rəhbərliyi daxili sərnişin daşımalarda hələ də keyfiyyətli bir şərait yarada bilməyiblər:

image-osmangunduz

“Son zamanlarda bu sahədə yeganə üz ağardan məsələ Bakı Şərnişin Vağzalının xeyli modernləşməsi, buradakı keyfiyyətin yüksək olması və bilet satışının da ASAN-a həvalə edilməsidir. Bildirilir ki, Ləki-Qəbələ dəmir yol xətti də yüksək səviyyədədir. Ümid etmək istərdim ki, 1-2 il davam edən fasilədən sonra yenidən qatarlar işə düşəndə əvvəlki problemləri görməyəcəyik. İndiyədək Balakən-Bakı qatarı üçün xarakterik olan 35 km/saat-dan yüksək sürət görə biləcəyik, daha yüksək servislə rastlaşacağıq.

Əsas problemlər isə dəmir yolu xətlərinin keyfiyyətsiz olması, sərnişin vaqonlarında servisin aşağı olması, bilet satışının tam rəqəmsal formada olmaması, stansiyalarda internetin bərbad gündə olması, bir çox dəmir yol stansiyalarının tamamilə yararsız vəziyyətdə olması və s. sahələrdə özünü göstərirdi. İnanmaq istərdim ki, ADY və AzerTelecom şirkəti birlikdə dəmir yol xətti boyunca internet problemini də həll ediblər. İnanmaq istərdim ki, bu ötən iki il müddət ərzində ASAN və ADY onlayn bilet satışını da tam qaydaya sala biliblər.
Köhnə qaydaya görə, onlayn bilet sifariş edib ödənişi də onlayn etdikdən sonra bir saat öncədən gedib kağız formada bileti kassada növbə götürərək yenidən əldə etmək lazım gəlirdi. Nə qədər keyfiyyətsiz servis olsa da, vaxt baxımından Bakı – Balakən qatarının SV-si ilə gediş gəliş daha effektiv və səmərəli idi”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=52464