Azərbaycan “Global Firepower 2025”in illik reytinqinə əsasən dünyanın ən güclü orduları reytinqində 145 ölkə arasında 60-cı yeri tutub.
Reytinq ümumilikdə 145 ölkəni əhatə edir və ordunun böyüklüyü, maliyyə imkanları, logistik imkanları, coğrafi mövqeyi, resurslara çıxış imkanları və mobillik kimi xüsusiyyətləri nəzərə alır. Şirkətin saytında qeyd edildiyi kimi, orduların siyahısı 60 göstərici əsasında tərtib edilib və nisbi xarakter daşıyır.
Reytinqin liderləri ABŞ, Rusiya və Çin olub. Qardaş Türkiyə 9-cu yeri tutaraq TOP 10-a daxil oldu. İsrail silahlı qüvvələri 15-cı, İran ordusu isə 16-cı yerdə qərlaşıb.
Öz növbəsində Ukrayna 20-ci, Ermənistan 91-ci, Gürcüstan isə 94-cü yerdədir.