Azərbaycan-Ermənistan görüşü bizə nə verəcək? – “Azərbaycanın maraqları tam təmin olunmayacaq”

image-b7c5c626-7e44-4640-8d8c-83ca304f5538backend

“Bütün hallarda proseslər göstərir ki, Azərbaycanın sərhədləri bir az daha böyüyəcək.”

Bu sözləri noyabrın 9-da keçiriləcək üçtərəfli görüşlə bağlı ölkəmiz üçün mümkün nəticələrini şərh edən politoloq Cümşüd Nuriyev Busaat.az-a açıqlamasında söyləyib.

Politoloq bildirib ki,sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Rusiya prezidenti Putin də artıq öz fikrini bildirib. Azərbaycanın bir çox əraziləri Göyçə ətrafında bizim nəzarətimizə keçəcək.

“Putinin məlum mövzudakı mövqeyi, eyni zamanda Azərbaycan, Rusiya və Ermənistandan başqa dövlətin iştirakına ehtiyac görməməsi  birmənalı şəkildə Türkiyənin bu işdə olmadığı mesajını verdi. Hesab edirəm ki, Azərbaycan bununla razılaşmayacaq.  Bu baxımdan Ərdoğanın  26 oktyabrda tez gəlməsi təsadüfi deyil.

image-6f877bfd-7a37-42b7-a9d0-85ed85133978

Narahatedici məqam odur ki, Qarabağ yenidən Rusiya və Azərbaycan arasında ticarət obyektinə çevrilə bilər. Rusiyanın nələr edə biləcəyini əvvəlcədən düşünmək lazımdır. Çünki Zəngəzur dəhlizinin açılması adı ilə Azərbaycanın Qarabağla bağlı problemi davam edə bilər. İstənilən halda gələn ay nəzərdə tutulan görüşün hüquqi gücü var və qanun statusundadır. Noyabrın 9-na çox az bir zaman qalıb. Önəmli olan müqavilənin hansı kontekstdə olmasıdır. Düşünürəm ki, Azərbaycanın maraqları tam təmin olunmayacaq.  Çünki qalib dövlət olsaq da, qarşı tərəf müəyyən güzəştlər əldə etməyə çalışacaq”.

Nərmin Kərim

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki