Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin76 027 $▲0.39%
  • Ethereum2 245 $▲0.42%
  • S&P 5007 377▲0.27%
18°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Siyasət

Azərbaycan-İran Anlaşma Memorandumunun əhəmiyyəti: "Naxçıvan blokada şəraitindən çıxacaq"

image-6fd9c51c-e64a-4cc4-a67b-b7b22986d9c7-573x330
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bir neçə gün öncə İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

Qeyri-müəyyən müddətə kimi bağlanan Anlaşma Memorandumunun təsirləri ilə bağlı Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov Busaat.az-a açıqlamasında bildirib ki, bu memorandumun imzalanması mühüm tarixi hadisə olmaqla yanaşı, Azərbaycan diplomatiyasının fövqəladə uğuru kimi də qiymətləndirilə bilər:

“Ermənistan 10 noyabr və 11 yanvar razılaşmaları ilə üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, Zəngəzur dəhlizinin vaxtında reallaşmasına imkan vermədi. Amma bundan itirən tərəf Azərbaycan yox, elə Ermənistanın özü oldu. Odur ki, Azərbaycan dəhliz məsələsində Ermənistanı hələlik bir müddət prosesdən kənarda saxlamağa qərar verdi. Bu memoranduma əsasən Azərbaycan İran ərazisindən Naxçıvana keçid edəcək. Bu yol Zəngilan rayonunun Ağbənd bölgəsindən çəkiləcək və Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda – İran ərazisindən keçəcək. Yeni layihə Naxçıvanın uzun illərdən bəri davam edən blokada şəraitindən çıxması və onun Azərbaycanın əsas hissəsi ilə davamlı bağlantısının yaradılması ilə nəticələnəcək.

Azərbaycan bu yeni kommunikasiya xətti ilə öz qlobal planlarının bir hissəsini artıq reallaşdırmış olur. Ermənistan isə bu mühüm layihədən kənarda qalmaqla, özünü bir qədər də təcrid vəziyyətinə salacaq. Ənənəvi erməni hiyləgərliyi olan Ermənistan rəhbərliyi bu dəfə də düzgün siyasət yürüdə bilmədi və nəticədə gələcəkdə Ermənistanın özünə hədsiz çoxlu faydalar verə biləcək Zəngəzur dəhlizinə alternativ bir kommunikasiya bağantısı ortaya çıxdı. Azərbaycan bu yolla həm də İranı Ermənistanın dostundan, müttəfiqindən onun rəqibinə çevirməyi bacardı”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=73302