Azərbaycan klubu meydana 9 nəfərlə çıxdı – Oyunçuları günahlandırdı

image-643727328_1235225461921747_4969463769973971368_nbackend

Azərbaycan İkinci liqa təmsilçisi “Şəki Siti” klubu səhifəsində maraqlı açıqlama yayıb.

Busaat.az xəbər verir ki, klub bəzi futbolçularını oyunlara gəlməməkdə günahlandıraraq onların adlarını açıqlayıb:

“Şəki Siti” rəhbərliyi olaraq ictimaiyyətə bildirmək istəyirik ki, komandamızın bir neçə futbolçusu ikinci liqanın sonuncu turunda keçirməli oyunda iştirakdan imtina edib.

Qeyd edək ki, adıçəkilən futbolçular ikinci dövrə ərzində keçirdikləri oyunların və may ayına qədər olan bütün ayların əmək haqlarını alıblar. Hazırda isə may ayı çərçivəsində cəmi iki oyun keçirilib və hər hansı rəsmi əmək haqqı gecikməsi mövcud olmayıb.
Buna baxmayaraq, futbolçular tərəfindən “son oyundur, ödəniş edilməyə bilər, əvvəlcədən ödəniş edilsin” kimi əsassız iddialar irəli sürülərək komandanın son oyununa çıxmaqdan imtina edilib.

Oyunda iştirak etməyən futbolçular:

Rəsul İbrahimov
Zaur Fərzəliyev
Çərkəz Hüseynov
Mehdi Həşumov
Nazim Bağırov

Klub daxilində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, komandanın kapitanı Rəsul İbrahimov futbolçularla əlaqə saxlayaraq onların da oyunda iştirak etməməsi üçün çağırışlar edib və bir neçə oyunçunun oyuna gəlməsinə əngəl olub. Bu səbəbdən komanda bu gün XXVII turun “Ağstafa Gəncləri” ilə oyuna 9 nəfər oyunçu ilə çıxıb.

Klub rəhbərliyi baş verənləri peşəkar futbol prinsiplərinə və klub daxili intizam qaydalarına zidd davranış kimi qiymətləndirir və buna uyğun hüquqi addımlar atılacağı baradə öncədən oyunçulara xəbardarlıq edilib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki