Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼0.95%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 868 $▲0.15%
  • Ethereum2 234 $▼0.10%
  • S&P 5007 377▲0.27%
10°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Mədəniyyət

Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistan qəzetləri arasında birgə layihələrə dair razılıq əldə olunub

image-4
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli və Özbəkistan Ali Məclisi Senatının üzvü, “İshonch”, “İshonch-Doverie” qəzetlərinin baş redaktoru Husan Ermatov arasında görüş keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycanın və Özbəkistanın media qurumları arasında əməkdaşlığın hər iki ölkənin mədəni, tarixi və siyasi əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələr xüsusi vurğulanıb.

A.Marifli dövlət başçılarımız arasında qurulan səmimi və strateji əlaqələrin bu sahədə iş birliyinin daha da dərinləşməsinə və yeni təşəbbüslərin həyata keçirilməsinə şərait yaratdığını xüsusi qeyd edib. Bundan başqa, iki ölkənin media təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsi və informasiya mübadiləsi sahəsində tərəfdaşlığın inkişafı məsələləri, müxtəlif sahələrdə məlumat mübadiləsi, hər iki xalqın tarixi və mədəniyyətini yaxından tanıtmaq üçün xüsusi reportajların hazırlanması, Özbəkistan media platformasında Azərbaycan dilində, Azərbaycan media platformasında isə özbək dilində materialların yayılmasının vacibliyi, bu kimi digər birgə media layihələrinin təşkili, həmçinin təcrübə paylaşımının həyata keçirilməsi məsələləri müzakirə olunub.

Görüş iştirakçıları peşə fəaliyyəti haqqında məlumat mübadiləsi aparıb, jurnalistikanın aktual aspektlərini müzakirə edib, birgə layihə və təşəbbüslərə maraq göstəriblər.

Sonda Azərbaycan Mədəniyyət Mərkəzi və “İshonch”, “İshonch-Doverie” qəzetləri arasında hər iki ölkədə peşəkar əlaqələrin möhkəmləndirilməsi, jurnalistikanın keyfiyyətinin yüksəldilməsi istiqamətində birgə layihələrin fəal şəkildə həyata keçirilməsinə dair razılıq əldə olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=156824