“Azərbaycan müdafiə anlayışı ilə oynayan komandadır” – Şenol Günəş

image-147391backend

“Azərbaycanla ötən il də oynamaq planımız var idi. Pandemiyaya görə alınmadı”.

Busaat.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin hazırlığı barədə danışarkən deyib.

“Futbol Aklı” verilişinin qonağı olan 69 yaşlı mütəxəssis millimizlə sabah keçiriləcək yoldaşlıq görüşü haqda da fikirlərini bildirib: “Azərbaycan müdafiə anlayışı ilə oynayan komandadır. Ancaq bizim əsas məqsədimiz toplanışın ilk mərhələsində oyun sistemində bəzi sınaqlar aparmaq və futbolçuları görməkdir”.

Qeyd edək ki, Alanyadakı “Oba” stadionunda keçiriləcək Türkiyə – Azərbaycan oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90