Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft111.36 $▲0.47%
  • WTI neft101.82 $▲0.47%
  • Avropa qazı (TTF)99.56 €▲5.33%
  • Təbii qaz (ABŞ)3.054 $▼0.33%
  • Qızıl4 066 $▲0.23%
  • Gümüş54.19 $▲0.15%
  • Pambıq78.50 ¢▲0.59%
  • Buğda611.25 ¢▼0.04%
  • Bitcoin80 498 $▼0.37%
  • Ethereum2 333 $▼0.61%
  • S&P 5007 723▲0.60%
16°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Gündəm

Azərbaycan nüfuzuna görə dünyada 45-ci yerdədir

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Artıq üçüncü ildir ki, Azərbaycan dünyanın ən nüfuzlu ölkələrinin reytinqində 45-ci yeri tutur.
Bu, ABŞ-ın “US News” nəşri, “BAV Group” və “Wharton” biznes məktəbi tərəfindən hazırlanan “dünyanın ən yaxşı 80 ölkəsi” reytinqindən məlum olur.
Qeyd edək ki, Azərbaycan bu il “Best Countries-2020” hesabatında siyahıda 70-ci yerdən 61-ci yerə yüksəlib. Lakin yuxarıda da vurğulandığı kimi, nüfuzuna görə ölkəmiz 45-ci yerdə sabit qalıb.
Tədqiqat müəlliflərinin fikrincə, dünyanın ən nüfuzlu ölkələri xəbər başlıqlarında tez-tez xatırlanan və müzakirə edilən dövlətlərdir. Xarici siyasət və hərbi büdcələr ayrıca qeyd olunur.
Analitiklər vurğulayırlar ki, ümumilikdə ölkənin gücü ilə əlaqəli beş xüsusiyyət təhlil olunur: lider, iqtisadi təsir, siyasi təsir, beynəlxalq ittifaqlar və ordunun gücü.
İlk yerdə yenə ABŞ qərarlaşıb, Rusiya Federasiyası ikinci olub, Çin Xalq Respublikası isə üçüncüdür.
Bundan sonra Almaniya, Böyük Britaniya, Fransa və Yaponiya gəlir. Səkkizinci yerdə İsraildir. İlk onluğu Cənubi Koreya və Səudiyyə Ərəbistanı bağlayır.
Daha az nüfuzlu sayılan, lakin yenə də reytinq cədvəlinə daxil olan ölkələr Sloveniya, Estoniya, Latviya, Litva və Slovakiyadır.
Ermənistan və Gürcüstan, ümumiyyətlə, siyahıya daxil edilməyib.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=2543