
Azərbaycan Ordusu XEYLİ İRƏLİLƏDİ, Xankəndidə isə… – Qalstyan AÇIQLADI
“Müharibə bitdikdən sonra Qarabağda ermənilərin mövqeyinin gücləndiyini görmədik, təhlükəsizlik məsələsi, ümumiyyətlə, yoxdur. Sosial proqramlarla diqqəti bu məsələlərdən yayındırırlar”.
Busaat.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Xankəndidə separatçıların “parlamentinin deputatı” David Qalstyan deyib.
Qalstyan bildirib ki, hər gün azərbaycanlıların yük maşınları Xankəndidən keçir: “Ermənilər saatlarla maşın karvanının keçməsini gözləyirlər. Nə qədər ağrılı olsa da, deməliyəm ki, bu gün Azərbaycanın diktəsindən asılıyıq”.
Qalstyan bildirib ki, Azərbaycan ordusu son günlərdə Qarabağda mövqelərini irəliyə çəkir: “Bu, fərqli istiqamətlərdə olub, lakin təhlükəsizliyə görə hansı ərazilər olduğunu deyə bilməyəcəm”.






















