Azərbaycan Premyer Liqasında bürünc medalın sahibi müəyyənləşdi

image-premyerbackend

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə yekun vurulur.

Busaat.az xəbər verir ki, turun keçirilən 3 oyunundan sonra avrokuboklara 3-cü vəsiqə və bürünc medalın sahibi müəyyənləşib.

Səfərdə “Səbail”i 1:0 hesabla məğlub edən “Sumqayıt” xallarını 39-a çatdıraraq, mövsümü 3-cü pillədə başa vurub. “Kimyaçılar” növbəti mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.

“Zirə” isə səfərdə “Sabah”a 1:2 hesabı ilə uduzub. “Sumqayıt”dan 1 xal geri qalan Rəşad Sadıqovun komandası 38 xalla mövsümü dördüncü pillədə btiirib.

Turun digər matçında isə “Keşlə” “Qəbələ” üzərində 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Premyer Liqada cari mövsümə saat 20:30-da başlayacaq “Neftçi” – “Qarabağ” matçı ilə yekun vurulacaq. “Dalğa Arena”dakı görüş çempionun adına aydınlıq gətirəcək

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90