Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft106.61 $▲1.24%
  • WTI neft98.13 $▲1.08%
  • Avropa qazı (TTF)96.69 €▼6.98%
  • Təbii qaz (ABŞ)2.895 $▲0.38%
  • Qızıl3 914 $▼0.49%
  • Gümüş48.82 $▼1.56%
  • Pambıq77.20 ¢▼0.45%
  • Buğda603.75 ¢▼0.25%
  • Bitcoin76 907 $▲0.30%
  • Ethereum2 263 $▲0.58%
  • S&P 5007 541▼0.52%
19°Bakı
  • USD1.7000▼0.0025
  • EUR1.9046▲0.0027
  • 100 RUB2.1008▼0.0135
  • GBP2.2793▼0.0020
  • TRY0.0340▼0.0001
  • AED0.4629▼0.0007
  • CNY0.2551▼0.0005
  • GEL0.6547▼0.0002
  • 100 KZT0.3749▲0.0004
  • UAH0.0373▼0.0002
  • 100 JPY1.0764▼0.0056
  • CHF2.0698▲0.0024
  • USD1.7000▼0.0025
  • EUR1.9046▲0.0027
  • 100 RUB2.1008▼0.0135
  • GBP2.2793▼0.0020
  • TRY0.0340▼0.0001
  • AED0.4629▼0.0007
  • CNY0.2551▼0.0005
  • GEL0.6547▼0.0002
  • 100 KZT0.3749▲0.0004
  • UAH0.0373▼0.0002
  • 100 JPY1.0764▼0.0056
  • CHF2.0698▲0.0024
Cəmiyyət

Azərbaycan qazının Avropaya ixracı artıb

image-qaz
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu ilin yanvar-may aylarında Azərbaycan Avropaya 5,3 milyard kubmetr təbii qaz ixrac edib.

Busaat.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin yanvar-may ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.

2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə Avropaya qaz satışı 0,5 milyard kubmetr və ya 10,4 % çoxdur.

Ümumilikdə isə ötən 5 ay ərzində Azərbaycandan xaricə qaz satışı 10,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 % çoxdur.

Bu ilin yanvar-may aylarında Azərbaycandan Türkiyəyə 4,1 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb. Türkiyəyə qaz ixracı 0,2 milyard kubmetr ya 4,6 % azdır. Gürcüstana isə nəql edilən təbii qazın həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə eynidir.

Hesabat dövründə Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 2,3 milyard kubmetrə yaxın qaz nəql olunub. Bu da illik müqayisədə 0,1 milyard kubmetr və ya 4,2 % azdır.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=139993