2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi illik müqayisədə 23,5% artaraq 3,134 milyard dollar təşkil edib.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bu ilin doqquz ayında Azərbaycan məhsullarının Rusiyaya ixracı 864 milyon dollar (illiklə müqayisədə 37,7 faiz çox), Rusiyadan idxal isə 18,8 faiz artaraq 2,27 milyard dollar təşkil edib.
Gömrük xidmətinin məlumatına görə, hesabat dövründə Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında İtaliya və Türkiyədən sonra üçüncü yeri tutub.
Rusiya ilə ticarət əməliyyatlarının xüsusi çəkisi respublikanın ümumi xarici ticarət dövriyyəsinin 8,01%-ni təşkil edib. Eyni zamanda, Rusiya məhsulları Azərbaycanın idxal etdiyi ölkələrin siyahısına başçılıq edir.