Azərbaycan TDT-nin inkişafına ən çox töhfə verəcək gücdədir – AÇIQLAMA

image-332backend

“Türk Dövlətləri Təşkilatının gələcək inkişafına dair mənim baxışlarım tamamilə aydındır. Əminəm ki, bu təşkilatın çox böyük gələcəyi var”.

Busaat.az-ın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında deyib. Təşkilatı daha da yüksək səviyyəyə qaldırmaq üçün ortaq səylərin lazım olduğunu vurğulayan dövlətimizin başçısı bildirib ki, biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya çapında güc mərkəzinə çevirməliyik:

“Bu gün bir neçə beynəlxalq təşkilat var, bəziləri böhran içində, bəziləri tənəzzüldə, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdə”.

Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı Busaat.az-a deyib ki, dünyada indi ənənəvi birliklərdən başqa yeni iqtisadi və siyasi ittifaqların yaranması prosesi gedir.

Professor vurğulayıb ki, bəzi dövlətlər güclərini birləşdirib ayaqda qalmaq, inkişaf etmək, dünyadan geri qalmamaq mücadiləsi verirlər:

“Türk Dövlətləri Təşkilatı da zamanın diqtə etdiyi prosesdir. Türk dövlətlərinin bir təşkilatda birləşməsi və gələcək perspektivləri dünyanın bəzi dairərini şübhəsiz narahat edir. Onun gələcək potensialını və perspektivlərini görür və narahat olurlar. Türk birliyinin ətrafında daha çox qüvvələrin birləşəcəyi ehtimalından, TDT-nin əsas siyasi, iqtisadi və hərbi güc mərkəzinə çevriləcəyindən narahat olanlar bu quruma böhtanlarını bundan sonra da davam etdirəcəklər”.

Qafar Çaxmaqlı:  Türk dövlətlərinin bir təşkilatda birləşməsi dünyanın bəzi dairərini şübhəsiz narahat edir

Müsahibimiz qeyd edib ki, Prezident İlham Əliyev də bu məqama diqqət çəkir:

“Azərbaycanın aktiv şəkildə yer aldığı Türk Dövlətləri Birliyinin güclü və çevik olmasını istəyirik. Çünki Azərbaycan strateji mövqeyi etibarilə Türk Dövlətləri Təşkilatının əsas güc mərkəzi rolundadır. TDT-nin inkişafına ən çox töhfə verəcək gücdədir”.

“Təşkilatın genişlənməsi və daha da güclənməsi Azərbaycanın milli maraqlarını təmin etmək baxımından önəmlidir”, – deyə Qafar Çaxmaqlı əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki