Azərbaycan, Türkiyə və Pakistan liderləri Laçın aeroportunun açılışını edəcək.
Busaat.az Apa-ya istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, sabah Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif işğaldan azad edilmiş ərazilərdə sayca 3-cü olan Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcəklər.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021 və 2022-ci illərdə müvafiq olaraq Füzuli və Zəngilan aeroportlarının açılış mərasimlərində iştirak edib.
Xatırladaq ki, Laçın Beynəlxalq Hava Limanının təməli 2021-ci ildə qoyulub.