Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.23 $▲4.32%
  • WTI neft88.31 $▲3.57%
  • Avropa qazı (TTF)93.71 €▲7.44%
  • Təbii qaz (ABŞ)3.343 $▲2.29%
  • Qızıl3 877 $▼2.60%
  • Gümüş49.94 $▼2.90%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda592.00 ¢▼1.58%
  • Bitcoin71 853 $▼2.81%
  • Ethereum2 016 $▼1.87%
  • S&P 5007 626▲0.10%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Siyasət

Azərbaycan XİN-dən sərt - BƏYANAT

image-xin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, 3 avqust 2022-ci il tarixində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun bölmələrinin mövqeləri intensiv atəşə tutulub, nəticədə hərbi qulluqçu əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.

Bu barədə Busaat.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Azərbaycan tərəfi dəfələrlə, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmadığını bəyan edib. 3 avqust tarixində baş vermiş qanlı insident bir daha Ermənistanın üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu, eyni zamanda iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində səylərə xələl gətirdiyini nümayiş etdirir. Bu, həmçinin Ermənistanın beynəlxalq vasitəçilərin səylərinə hörmətsizliyinin göstəricisidir.

Azərbaycan ərazisində baş verən insidentin bütün məsuliyyəti qonşu dövlətin torpaqlarında qanunsuz silahlı birləşmələrini hələ də çıxarmayan Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərindədir.

Azərbaycan ərazilərinin təhlükəsizliyi, sərhədlərinin bütövlüyünün təmin edilməsi üçün tərəfimizdən bütün müvafiq tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Allah Şəhidimizə rəhmət etsin!”, – XİN-dən vurğulanıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=82858