Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 547 $▼0.24%
  • Ethereum2 224 $▼0.52%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071

Azərbaycana qarşı amansız terror aktları…

image-ermeni-terroru-3
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Terrorçuluq cinayətkarlığın ən təhlükəli formalarından biridir. Terrorizm siyasi, dini, ideoloji, iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması formasıdır. Çox təssüf ki. bu gün tarixi, dini, mədəniyyəti, dili olmayan ermənilər tərəfindən bu törədilir. Terror aktları insan təlafatları ilə nəticələnir və güclü psixoloji gərginliklər yaşanılır. XIX əsrin sonları və XX əsrdə  erməni terror təşkilatları Azərbaycanda və Türkiyədə dəhşətli terror aktları törətmiş, on minlərlə günahsız insanı xüsusi amansızlıqla qətlə yetirmiş və ya ömürlük şikəst qalmalarına səbəb olmuşlar. Erməni millətçilərinin məqsədyönlü soyqırımı və deportasiya siyasəti nəticəsində azərbaycanlılar öz əzəli torpaqları olan İrəvan, Göyçə və Zəngəzuru itirmişlər. İyirminci əsrin sonunda isə erməni işğalçıları Dağlıq Qarabağı və ətraf yeddi rayonu — Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Gəbrayılı zəbt etmişlər. Ümumiyyətlə, soydaşlarımız dörd dəfə (1905-1907, 1918- 1920, 1948-1943, 1988-1993- cü illərdə) erməni millətçiləri tərəfindən etnik təmizləməyə və deportasiyaya məruz qalmışdır. 1918-ci il mart qırğını zamanı ermənilər üç gün ərzində Bakıda 12 min azərbaycanlının həyatına son qoymuşlar. 1918- 1920-ci illərdə Qarabağın dağlıq və dağətəyi hissəsində 50 mindən çox soydaşımız qətlə yetirilmişdir.

44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzi qadağan olunmuş silahlardan, o cümlədən ballistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə intensiv atəşə tutulmuşdu. 17 oktyabr 2020-ci il tarixində baş vermiş terror hadisəsi zamanı insan tələfatı və külli miqdarda dağıntılarla nəticələnən cinayətlər baş vermişdi.Ümumilikdə, Gəncəyə olan dörd terror aktı nəticəsində 26 nəfər həlak olmuşdur.

“19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olmuşlar”.

Bakı Qızlar Universiteti, Tağıyeva Nəzrin İmran qızı

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=122950