Azərbaycanda bir məktəbin bağlanmasına səbəb olan xəstəliyin təhlükəsi artır – XƏBƏRDARLIQ

image-sagird4backend

“Qızılca xəstəliyi, əslində, çox təhlükəlidir. Çünki immun sisteminə təsir edərək zədələyir”.

Busaat.az xəbər verir ki, bu barədə “Trend”in suallarını cavablayarkən infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

“Bunun qarşısını almaq üçün peyvənd olunmaq mütləqdir. Peyvənd çox gərəkli olduğu halda valideynlər bundan yayınırlar. Şayiələr var ki, guya peyvəndlər ziyanlıdır. Bu şayiələr çox təhlükəlidir, çünki valideynləri peyvənddən uzaqlaşdırır. Onlar düşünməlidirlər ki, peyvəndlə uşaqların gələcək sağlamlığını qoruya bilərlər.

Hətta qızılcanın ağırlaşmaları olur və ölüm halı baş verə bilər. Bu baş verməsə belə, xəstəliyə yoluxub sağalandan sonra uşağın immun sistemində problem yaranır və orqanizmi növbəti viruslara qarşı zəif olur”, – deyə o bildirib.

İnfeksionist qeyd edib ki, böyüklər də qızılcaya qarşı həssas olurlar:

“İnsan uşaqlıq dövründə keçirməyibsə, yoluxma halı ola bilər və xəstəliyi ağır keçirəcək”.

Qeyd edək ki, Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın kütləvi yayılmış qızılca xəstəliyi səbəbindən fəaliyyətini müvəqqəti dayandırdığı bildirilir. Elm və Təhsil Nazirliyi də faktı təsdiqləyib.

Xatırladaq ki, Səhiyyə Nazirliyi 2023-cü ilin əvvəlindən başlayaraq Avropa regionunda, həmçinin, qonşu ölkələr olan Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxıstan və Gürcüstanda qızılca xəstəliyinin yayılmasının müşahidə olunduğunu bildirib.

Bununla əlaqədar cari ilin ötən dövrü ərzində digər ölkələrdən gətirilmə hadisələrdən qaynaqlanan qızılca infeksiyasına yoluxma halları, əsasən, peyvənd olunmayan uşaqlar arasında yayılmaqla, Azərbaycanda da qeydə alınıb.

Məhz bu səbəbdən də, ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən, uşaqların bir sıra yoluxucu xəstəliklərə, o cümlədən, qızılcaya qarşı vaksinasiyası həyata keçirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki