Azərbaycanda bu il 23 aqropark dövlət qeydiyyatına alınıb

image-aqroparkbackend

Bu il ərzində Azərbaycanda 21 özəl və 2 dövlət aqroparkı olmaqla ümumilikdə 23 aqropark qeydiyyata alınıb və 59 sahibkarlıq subyektinə rezidentlik verilib.

Bu barədə Busaat.az-a İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

“Aqroparkların fəaliyyətində dəyər zəncirinin formalaşdırılması, effektivliliyin artırılması, həmçinin hüquqi çərçivənin müəyyən olunması məqsədilə ölkə Prezidentinin 21 dekabr 2021-ci il tarixli fərmanı ilə “Aqroparklar haqqında Nümunəvi Əsasnamə” təsdiq olunub. Həmin əsasnaməyə uyğun olaraq aqroparkların rəsmi qeydiyyata alınması prosesinə başlanılıb”, – deyə agentlik bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki