Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft92.94 $▼2.45%
  • WTI neft85.97 $▼2.68%
  • Avropa qazı (TTF)84.05 €▼7.59%
  • Təbii qaz (ABŞ)3.130 $▼0.89%
  • Qızıl3 845 $▼0.65%
  • Gümüş46.83 $▼1.04%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda600.75 ¢▲2.39%
  • Bitcoin64 874 $▼0.68%
  • Ethereum1 817 $▼0.98%
  • S&P 5007 439▼1.61%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Siyasət

Azərbaycanda bu qurumun işçiləri azaldıldı - FƏRMAN

image-photo_203979
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının işçilərinin sayı azaldılıb.

Busaat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin dəyişiklik etdiyi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanda öz əksini tapıb.

Belə ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının işçilərinin say həddi 110-dan 107 ştat vahidinə, regional bölmələrinin işçilərinin say həddi 260-dan 257 ştat vahidinə endirilib.

Qeyd edək ki, indiyədək Xidmətin Aparatının işçilərinin sayı Xidmətin mərkəzi laboratoriyası ilə birlikdə 110 ştat vahidi olub.

Dövlət başçısının bu gün imzaladığı fərmanla Dövlət Əmək Müfəttişliyi Xidmətinin mərkəzi laboratoriyasının əsasında Xidmətin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi yaradılacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110530