Azərbaycanda bu şəxslər dövlətdən hər ay 150 manat alacaqlar

image-pul-5-jpg-1725873509backend

“Baş nazir mənzil kirayəsinə görə pul kompensasiyalarının verilməsi ilə bağlı qərar imzalayıb. Həmin qərarla Vergi Xidmətində çalışanlar və mənzil kirayəsindən istifadə edən vətəndaşlarımıza aylıq pul kompensasiyaları veriləcək”.

Busaat.az xəbər verir ki, bu sözləri  açıqlamasında 6-cı çağırış Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, mənzil Bakı şəhərində kirayə olunubsa, bu zaman 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan və Abşeron rayonlarında kirayə üçün 100 manat, digər şəhər və rayon mərkəzlərində 75 manat, eləcə də digər yaşayış məntəqələrində 55 manat ödənilməsi nəzərdə tutulub:

“Burada məqsəd kirayədə qalan vətəndaşlarımıza pul kompensasiyanın ödənilməsi və onların kirayə xərclərinin bir hissəsinin dövlət tərəfindən kompensasiya edilməsindən gedir. Bu Vergi Xidmətində vətəndaşlarımıza şamil olunacaq.

Ödənişlər plastik kartlar vasitəsilə həyata keçiriləcək və yalnız nağdsız şəkildə ödəniş həyata keçiriləcək. Məlum xidmətin əməkdaşları müraciət edərək nağdsız şəkildə həmin ödənişləri almaq imkanına malik olacaqlar”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki