Məzmuna keç
  • Azeri Light126.16 $▲3.17%
  • Brent neft104.30 $▼5.17%
  • WTI neft96.17 $▼4.57%
  • Avropa qazı (TTF)93.45 €▼10.10%
  • Təbii qaz (ABŞ)2.869 $▼1.31%
  • Qızıl3 956 $▲1.18%
  • Gümüş50.60 $▲1.03%
  • Pambıq77.42 ¢▼0.98%
  • Buğda606.00 ¢▲0.54%
  • Bitcoin76 769 $▼1.86%
  • Ethereum2 250 $▼0.98%
  • S&P 5007 541▼0.52%
14°Bakı
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
İqtisadiyyat

"Büdcənin qeyri-neft-qaz gəlirləri 924 milyon manat artacaq"

image-1650959640_1650958809_vuqar_gulmemmedov8907jpg-1732530202
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektorundan gəlirləri 2024-cü illə müqayisədə təxminən 924 milyon manat çox olacaq.

Busaat.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisi bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini müzakirəsi zamanı bildirib.

“Son nəticədə bu gəlirlər büdcə gəlirlərinin yarıdan çoxunu təşkil edəcək”, – deyə o qeyd edib.

Sədr həmçinin deyib ki, güzəşt və azadolmaların davamlı tətbiqi əlavə dəyərin artımını dəstəkləsə də, bu artımın büdcə gəlirlərinə birbaşa deyil, dolayı təsir edəcəyi gözlənilir: “2025-ci ildə güzəşt və azadolmalar üzrə büdcəyə hesablanmayan məbləğin də artacağı ehtimal olunur. Lakin bu göstəricinin gəlirlərə transformasiyasının təsiri yaxın perspektivdə tam özünü doğrultmaya bilər”.

O, gəlir proqnozlarının icrasında ciddi risklərin gözlənilmədiyini də vurğulayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=153385