Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin66 776 $▼2.12%
  • Ethereum1 892 $▼1.85%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Maqazin

  Tanınmış aktyor Sənan Əlləz Beynəlxalq “Avrasiya” kinofestivalında Azərbaycanı təmsil etdi -FOTO

image-media-1-uni6p1ov0acwqyf3k274-620x326
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Noyabrın 24-dən  Qazaxıstanın Almatı şəhərində XVII Beynəlxalq “Avrasiya” kinofestivalı keçirilir.

Bu kinofestivalda 15-dən çox ölkədən kino xadimləri iştirak edir.

Builki kinofestivala  üç qitəni təmsil edən 12 film daxildir. Avropa, Asiya və Yaxın Şərqdən olan rejissorlar ölkələrin zəngin mədəni irsini əks etdirən ən yaxşı filmləri festivala təqdim ediblər. Müsabiqə proqramına Banqladeş, Cənubi Koreya, Avstriya, Qətər və digər ölkələrin filmləri daxildir.

Bu festivalda Azərbaycanı tanınmış aktyor, Azərbaycan aktyorlar agentliyinin siması Sənan Əlləz təmsil edir.  Tanınmış aktyorumuz Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi və Qazaxıstan Mədəniyyət Nazirliyinin dəvəti ilə bu kinofestivala qatılıb.

Xatırladaq ki, Azərbaycan aktyorlar agentliyinin siması olan Sənan Əlləz çoxsaylı filmlərdə rol alıb.

Sənan Əlləz “Şeyx Sənan” çoxseriyalı bədii filmində “Şeyx Sənan” rolunda, “Köşk” bədii filmində baş rolda, “Tağıyev” bədii filmində isə  baş rollardan birini oynamaqla kinosevərlərin rəğbətini qazanıb. Yaxın günlərdə isə tanınmış aktyorumuz  Rusiya istehsalı olan “Konstantinapol-izqoi” seriyalında baş rollardan birini oynamaqla rusiyalı kinosevərlərin də sevimlisinə çevrilib.

image-media-5-s71ubzf8het3cligw02m image-media-1-r6luw1vnmp7304hi2xtz image-media-3-mv1ep943gibnfq5rxwlo image-media-4-tfg4meoszha1pkx73ny9

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=153361