Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

image-virusvaksinbackend

Avqustun 7-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 59 min 649 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38211, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21438 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 5 milyon 370 min 768-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 3 milyon 129 min 512, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2 milyon 241 min 256 nəfərdir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90