Azərbaycanda da 13-cü pensiya verilə bilər?- İqtisadçılardan izah

image-pensiya_yasibackend

İsveçrə seçiciləri yaşlı insanların həyat səviyyəsi ilə bağlı keçirilən ümumxalq səsverməsində özlərinə əlavə aylıq pensiya təyin ediblər.

İndi onlar hər il 13-cü pensiya alacaqlar.

Hökumət pensiya ödənişlərinin artırılmasının büdcə üçün çox baha başa gələcəyi barədə xəbərdarlıq etsə də, referendumda seçicilərin demək olar ki, 60%-i “hə” deyib.

İsveçrədə tam aylıq dövlət pensiyası 2550 avro təşkil edir, lakin çoxları bunun ölkədə yaşamaq üçün kifayət etmədiyini deyir.

Bəs Azərbaycanda belə bir təklif irəli sürülərsə nə dərəcədə həyata keçirilə bilər?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadi ekspert Eldəniz Əmirov bildirdi ki, ümumiyyətlə bu tip məsələlər ölkələrin iqtisadi inkişafının pik həddinə vardığından sonra mümkündür.

Onun sözlərinə görə, “Bu o ölkələrdir ki, orada sosial həyat dünyanın ən 3-5 ölkəsindən biridir.
Yəni insanlar öz sosial həyatlarının elə səviyyəsinə çatıblar ki, ümumiyyətlə sosial, iqtisadiyyat elə bir səviyyəyə çatır ki, ondan sonra artıq bu məsələ olur. Yəni əvvəlcə pensiya məbləğləri, orta aylıq əməkhaqqı və digər detallar, göstəricilər arasında bir uyğunluq formalaşır. Makroiqtisadi göstəricilər ölkələrin kifayət qədər qənaətbəxş vəziyyətdə olur. Birmənalı olaraq həmin ölkə dünyanın iqtisadi güc mərkəzlərindən və yaxud da sosial-iqtisadi həyat parametrləri baxımından ən yuxarıda, ilk beşlikdə, onluqda olan ölkələrdən biri olduqdan sonra artıq sizin qeyd etdiyiniz məsələlər gündəmə gəlir. Bunlar olmadan nəinki Azərbaycanda heç Türkiyədə də, Rusiyada da başqa ölkələrdə də bu mümkün deyil. Yəni real deyil. Söhbət iqtisadi reallıqdan gedir”.

İqtisadçı ekspert Elçin Rəşidovun sözlərinə görə isə bizdə də referendum keçirilsə insanlar buna hə deyər.

Onun sözlərinə görə, “eyni zamanda bizdə bunun üçün iqtisadiyyatın imkanları yoxdur. Nəzərə alın ki, 13-cü pensiya təyin edilsə belə bu Dövlət Sosial Müdafiə Fondu üzərində yük yaradacaq. Həmin yükü azaltmaq üçün də növbəti ərəfələrdə artıq pensiyaların həcmində artım baş verməyəcək.

İstənilən halda Dövlət Sosial Müdafiə Fondunun balansı qorunmağa çalışacaqdır ki, dövlət büdcəsindən ora əlavə transferlər olmasın və Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığı saxlanılsın”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki