DİN Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı məlumat yayıb.Busaat.az xəbər verir ki, məlumata əsasən, Bakı-Sumqayıt yolunda iki avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Baş DYP İdarəsindən bildirilib ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
***
12:26
Bakı-Quba yolunun Ceyranbatan ərazisindən keçən hissəsində baş verən qəzada 1 nəfər ölüb, 18 nəfər yaralanıb.
Busaat.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.
Hadisə zamanı iki sərnişin avtobusu toqquşub.
***
12:04
Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub, xeyli yaralı var.
Busaat.az xəbər verir ki, qəza Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.
Məlumata görə, 42 nömrəli marşrut avtobusu Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobusla toqquşub, 10 dan çox yaralının olduğu bildirilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 7 mart 2023-cü il tarixli 6906 saylı Qərarnaməsi ilə “Beynəlxalq xarakterli təşkilatların qurulması haqqında” Qanun […]
Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini Rusiya Günü münasibətilə təbrik edib. Busaat.az-ın məlumatına görə, təbrikdə deyilir: “Azərbaycan xalqı […]
Milli Məclis Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya 15 iyun – Milli Qurtuluş Günü münasibətilə təbrik məktubu ünvanlayıb. […]
Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və […]
Heydərabad stansiyasından 14 km şimal-şərqdə, Ermənistan ərazisində zəlzələ qeydə alınıb. Busaat.az xəbər verir ki, bununla bağlı bununla bağlı Respublika Seysmoloji […]