​Azərbaycanda ən yaşlı icra başçısı odur – FOTO

image-vezife_2_1730825720-fullbackend

Ölkənin ən yaşlı icra başçısı Mübariz Əhmədzadədir. O, Zaqatala rayonuna rəhbərlik edir. Mübariz Əhmədzadə bu vəzifəyə 2009-cu ildə təyin edilib.

Yeniera.az Metbuat.az-a istinadən xəbər verir ki, Mübariz Əhmədzadə 1947-ci il yanvarın 15-də Qax rayonunun Qaxmuğal kəndində anadan olub. İki ay sonra 79 yaşı tamam olacaq.

Əhmədzadə Zaqataladan əvvəl doğma Qax rayonuna rəhbərlik edib. O, 2007-2009-cu illərdə Qax rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Qeyd edək ki, Mübariz Əhmədzadə 2006-2021-ci illərdə Meliorasiya və Su Təsərrufatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində calışmış Əhməd Əhmədzadənin qardaşıdır.

Fotoda: Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə

b30b4e9fba


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki