Azərbaycanda dövlət qurumlarının, bankların, kritik infrastrukturların, provayder və operatorların eyni zamanda təhsil müəssisələrinin 41 komanda ilə qatıldığı “Kibermüharibə” yarışının I baza keçid mərhələsi başa çatıb.
Bu barədə Busaat.az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.
İlk mərhələdə əldə etdikləri nəticələrə uyğun olaraq ən yüksək nəticə göstərmiş komandaların sıralaması aşağıdakı kimidir:
1. “Kapital Bank” ASC – “CyberKapitalists”
2. “PAŞA Bank” ASC – “Old School”
3. “Express Bank” – “Xpr3ss1337”
4. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi – “Digital Rangers”
5. Dövlət Gömrük Komitəsi – “Customs”
6. Dövlət Neft Şirkəti (SOCAR) – “UEIB”
7. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – “KiberDost”
8. “Global Service Provider” – “NetVault31337”
9. Fövqəladə Hallar Nazirliyi – “1 Group”
10. Prezident Təhlükəsizlik Xidməti – “Iron Fist”
11. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) – “ACC Predators”
12. Elm və Təhsil Nazirliyi – “TechLockDown”
13. Müdafiə Nazirliyi – “MoD of Azerbaijan”
14. Bakı Ali Neft Məktəbi – “Squadron”
15. Azərbaycan Mərkəzi Bankı – “CBAR_Team”
16. “PASHA Technology” MMC – “This is the way”
17. French-Azerbaijani University – UFAZ – “CyberSiege”
18. Azərbaycan İnvestisiya Holdinqi – “AİH”
19. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – “AS4NS3C”
20. “Azercell Telecom” MMC – “CyberCell”
21. “Azerconnect” MMC – “CevahirTeam”
22. “AFB Bank” ASC – “AzeIntruders”
23. “Unibank” ASC – “UniCyberWarriors”
24. ADA Universiteti – “Firewall Force”
25. “AZINTELECOM” MMC – “Seclusion”
26. “Simbrella Bakı” MMC – “SIMOPS”
27. İqtisadiyyat Nazirliyi – “Cyber Force”
28. Ədliyyə Nazirliyi – “CyberJustice”
29. “Azər-Türk Bank” ASC – “Bastion”
30. Səhiyyə Nazirliyi – “SN”
31. Prezidentin İşlər İdarəsi – “0x5041”
32. Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyi – “Alinja-Gala Cyber Wizards”
33. “Xalq Bank” ASC – “XSecurity”
34. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi – “ADSEA”
35. Azərbaycan Texniki Universiteti – “AzTu-SEC”
36. Azərbaycan Dövlət Pedaqoji Universiteti – “Müəllimlər”
37. “Muğan Bank” ASC – “MuganSec”
38. “Bank BTB” ASC – “Bank BTB”
39. Şirvan Şəhər İcra Hakimiyyəti. – “BRAVE”
40. Baş Prokurorluq – “Baş Prokurorluq”
41. Dövlət Sərhəd Xidməti – “DSX”
Digər komandaların nəticələri ilə müqayisədə nisbətən aşağı nəticə göstərmiş son 10 komandanın hazırkı “Kibermüharibə” yarışındakı mübarizəsi sona çatıb.
I və II mərhələ onlayn qaydada sonuncu – III mərhələ isə finala çıxmış 20 komanda ilə fiziki məkanda – “Kongress Hall”da CIDC-2023 tədbirləri çərçivəsində “kibermüharibə” şəraitində baş tutacaq.