Azərbaycanda meymunçiçəyinə yoluxan var? – FOTO

image-photo_171411backend

Ötən gün sosial şəbəkələrdə yayılan foto cəmiyyətdə ciddi narahatlıq yaradıb. Belə ki, avtobusda sərnişinlərdən birinin qolundakı səpkilər digərlərinin diqqətini çəkib. 

Busaat.az xəbər verir ki, sərnişinin qolundakı səpkilərin yumru və iri suluq formasında olması ağla ilk olaraq gündəmdə olan suçiçəyi və meymunçiçəyi infeksiyasını gətirib.

Məsələ ilə bağlı narahatlıq keçirən şəxslər paylaşımın altında müxtəlif şərhlər yazaraq aidiyyəti qurumların mövcud vəziyyətə münasibət bildirmələrini tələb ediblər.

Səhiyyə Nazirliyi sosial şəbəkələrdə meymunçiçəyinə yoluxduğu iddia edilən qadının fotosu ilə bağlı məsələyə münasibət bildirib.

Nazirlikdən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, rəsmi olaraq ölkədə meymunçiçəyinə yoluxma faktı qeydə alınmayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90