Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin76 068 $▲0.44%
  • Ethereum2 246 $▲0.47%
  • S&P 5007 377▲0.27%
18°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Cəmiyyət

Azərbaycanda qonşular arasında dəhşətli dava - güc strukturları hərəkə keçib - EKSKLÜZİV

image-mehkeme-1-696x464
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Abşeron Rayon Məhkəməsində qonşusunu döyməkdə təqsirləndirilən 2005-ci il təvəllüdlü Vahid Qədirovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Busaat.az-ın əldə etdiyi məlumata görə, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və ona 240 saat ictimai iş cəzası təyin edilib. Vahid Qədirovun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.

Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadə gücündə saxlanılıb.

İttiham aktına əsasən, hadisə bu il martın 25-i saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində qeydə alınıb. Vahid Qədirovun zərərçəkmiş Sənan Habilov (şərti) ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində münaqişə baş verib. Bu zamanı o, zərərçəkmiş şəxsin baş nahiyəsinə iki dəfə, üz nahiyəsinə üç dəfə yumruqla qəsdən vurub.

Nəticədə Vahid Sənanın başın təpə-ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, burun nahiyəsinin səthi əzilmiş yarası və sol almacıq nahiyəsinin sıyrığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurub.

Məhkəmə iclasında Vahid Qədirov ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyib. O dindirilərkən deyib ki, orta məktəbdə oxumaqla fiziki və psixi cəhətdən sağlamdır.

Zərərçəkmiş şəxs onun qonşusudur, lakin münasibətləri yoxdur. O, uşaqlarla tez-tez dalaşdığı üçün Sənanla münasibət qurmur. Hadisə günü Vahid uşaqlarla oynamaq üçün küçəyə çıxıb, Hafiz və Qafar (adlar şərti) adlı uşaqlarla birlikdə söhbət edən zaman Səməd (şərti) adlı uşaq qaçaraq onun yanına gəlib. Həmin vaxt kiminsə onu arxadan vurduğunu hiss edib, geriyə döndükdə Sənanın əlində olan ağacla onu vurduğunu görüb. Sənanın əlindəki ağacı alıb qıraraq kənara atıb, həmin vaxt məhəllədə olan təxminən on nəfər uşaq da onların başına yığışıb. Vahid kənara çəkilsə də, Sənan digər uşaqlarla dalaşıb. Bu zaman Sənan yerə yıxılıb. Həmin vaxt Ziyad (şərti) adlı uşaq yerdən daş götürərək Sənana tərəf atıb. Daha sonra Sənan yerdən qalxıb oradan uzaqlaşıb.

Bir qədər sonra Sənan yenə də atası Qabillə (şərti) birlikdə onun yanına qayıdıb. Həmin vaxt Qalibin əlində 20-30 sm uzunluğunda dəmir parçası olub. Sənanın atası Qabil ona yaxınlaşaraq oğlunu döyüb-döymədiyini soruşub. Habil isə Muradı döymədiyini bildirib. Həmin vaxt onlar yüksək səslə danışdığı üçün yaxınlıqda dayanmış Vahidin atası səsi eşidib oğlunu yanına çağırıb.

Vahid atasının yanına gedib, Sənan və Qabil də onların yanına gəlib. Bu zaman Vahidin atası ondan Sənanı döyüb-döymədiyimi soruşub. O, isə Sənanı döymədiyini söyləyib. Daha sonra onlar arasında mübahisə baş verib. Bu vaxt Sənanın atası Qabil onun üzərinə gələrək vurmaq istəyib. Buna görə də Habilin atası Qabili tutub. Bu vaxt Sənan ayağı ilə Vahidin xayasından vurub. Vahid də öz növbəsində əli ilə Sənanın baş hissəsindən itələyib. Daha sonra orada olan qonşular onları ayırıb.

Busaat.az 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=84277