Yoluxanların bu günə olan statistikası

image-corona7backend

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 289 yeni yoluxma faktı qeydə alınıb, 409 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Busaat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 5 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 350605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334667 nəfər müalicə olunaraq sağalıb, 5056 nəfər vəfat edib, aktiv xəstə sayı 10882 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12625, ötən müddət ərzində isə ümumilikdə 4107190 test aparılıb.

Azərbaycanda son sutkada 1289 nəfər COVID-19-a yoluxub, 409 nəfər sağalıb

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90