
Azərbaycanda son sutkada koronavirusdan ölüm faktı qeydə alınmayıb
Azərbaycanda koronavirus infeksiyasına daha 169 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Busaat.az-a verilən məlumata görə, son sutkada ölüm faktı qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 337 970 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 112 nəfər müalicə olunaraq sağalıb, 4 990 nəfər vəfat edib, aktiv xəstə sayı 1868 nəfərdir.























