Azərbaycanda toy mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ – 34 nəfər…

image-1688971573_xestexana1backend

Ağcabədi rayonunda qida zəhərlənməsi şübhəsi ilə TƏBİB-in tabeliyindəki Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə iyulun 9-u saat 15:33 radələrindən başlayaraq ümumilikdə 34 nəfər (11-i uşaq olmaqla) yerləşdirilib.

Bu barədə Busaat.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara qida toksiki infeksiyası diaqnozu qoyulub və hər birinə zəruri tibbi xidmətlər göstərilib.

“İyulun 9-dan aparılmış zəruri tibbi müayinə və müalicə tədbirlərindən sonra xəstəxana şəraitində müalicəyə ehtiyac qalmadığından müraciət edənlərdən 33 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 1 nəfərin müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır”, – məlumatda qeyd edilib.

Qeyd edək ki, ötən gün Ağcabədi rayonunun Rəncbərlər kəndində təşkil olunmuş toy mərasimində 34 nəfər zəhərlənib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki