Oktyabrın 27-də Ukraynanın Azərbaycandakı səfirliyinin binasında Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun təyin edilməsi ilə bağlı tədbir keçirilib.
Busaat.az xəbər verir ki, mərasim zamanı Ukraynanın Azərbaycandakı Səfiri Vladyslav Kanevskyi Ukraynanın Şamaxı şəhərindəki yeni təyin olunmuş Fəxri konsulu Mehrəli Qasımova konsulluq patentini və xidməti vəsiqəsini təqdim edib. Tərəflər Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun vəzifələri və öhdəlikləri haqqında Sazişi imzalayıblar.
Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun konsulluq dairəsi Azərbaycan Respublikasının Ağsu, Ağdaş, Qobustan, Göyçay, İsmayıllı və Şamaxı rayonlarını əhatə edir.