Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.31 $▲1.71%
  • WTI neft86.49 $▲1.74%
  • Avropa qazı (TTF)84.42 €▲0.45%
  • Təbii qaz (ABŞ)3.176 $▲2.88%
  • Qızıl3 868 $▼0.24%
  • Gümüş47.45 $▼0.08%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda611.50 ¢▲2.00%
  • Bitcoin63 777 $▼1.60%
  • Ethereum1 786 $▼1.78%
  • S&P 5007 333▼1.17%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Cəmiyyət

Azərbaycanda yüksək vəzifəyə təyinat

image-1691232328_kreslo_030120
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

TƏBİB-in tabeli tibb müəssisələrinə yeni direktorlar təyin olunub.

TƏBİB-dən Busaat.az-a verilən məlumata görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin ediliblər.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına Pərviz Rüstəmbəyov, Tibbi Reabilitasiya Mərkəzinə Rüfət Cabbarlı, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına isə Murad Bayramov təyin ediliblər.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təyinat alan Pərviz Rüstəmbəyov Azərbaycan Dövlət Tibb Universitetini bitirib, ixtisasca cərrahdır. O, bu təyinatadək TƏBİB-in İxtisaslı tibbi yardım departamentində fəaliyyət göstərib.

Tibbi Reabilitasiya Mərkəzinin direktoru Rüfət Cabbarlı Süleyman Dəmirəl Universitetində fizioterapiya ixtisası üzrə, Anadolu Universitetində isə səhiyyə qurumlarının idarəedilməsi üzrə bakalavr təhsili alıb. Eyni zamanda Üsküdar Universitetini Sinir elmləri üzrə magistr dərəcəsi ilə bitirib, Atlas Universitetində isə fizoterapiya və tibbi reabiltasiya ixtisası üzrə magistr təhsili alır. Bir çox özəl tibb müəssisələrində, bu təyinatadək isə N.Tusi adına Memorial Klinik Xəstəxanasında Fizioterapiya və tibbi reabilitasiya şöbəsinin müdiri kimi çalışıb.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru Murad Bayramov Azərbaycan Dövlət Tibb Universitetini bitirib, ixtisasca oftalmoloqdur. Uzun müddət Beyləqan Rayon Mərkəzi Xəstəxanasında çalışıb, bu təyinatadək sözügedən xəstəxanada direktorun müavini, baş həkim kimi fəaliyyət göstərib

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=117177