Məzmuna keç
  • Azeri Light125.00 $▲0.00%
  • Brent neft111.90 $▼0.15%
  • WTI neft102.97 $▼0.19%
  • Avropa qazı (TTF)97.51 €▼1.36%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl4 009 $▲0.13%
  • Gümüş51.53 $▲0.37%
  • Pambıq78.52 ¢▲0.33%
  • Buğda606.50 ¢▼0.04%
  • Bitcoin78 452 $▲0.85%
  • Ethereum2 244 $▼0.18%
  • S&P 5007 720▼0.36%
15°Bakı
  • USD1.7000
  • EUR1.8945▲0.0038
  • 100 RUB2.1118
  • GBP2.2645▲0.0044
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552▲0.0003
  • GEL0.6554▲0.0003
  • 100 KZT0.3733▲0.0010
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0772▲0.0003
  • CHF2.0518▲0.0035
  • USD1.7000
  • EUR1.8945▲0.0038
  • 100 RUB2.1118
  • GBP2.2645▲0.0044
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552▲0.0003
  • GEL0.6554▲0.0003
  • 100 KZT0.3733▲0.0010
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0772▲0.0003
  • CHF2.0518▲0.0035
İdman

Azərbaycanın 3 güləşçisi Avropa çempionatının finalında

image-c7029938-7710-37ec-9973-bc9733dc99bf_850
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanın üç sərbəst güləşçisi Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında finala yüksəlib.

Busaat.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Camal Abbasov (61 kq) italiyalı Paskuale Liuzziyə (7:2), slovakiyalı Robert Meszarosa (10:0) və belaruslu Yanis Katoka (tuş) qalib gələrək yarımfinala yüksəlib.

C.Abbasov yarımfinalda türkiyəli Tolqa Özbekdən güclü olub – 5:1. O, finalda rusiyalı Andrey Midlovetslə qarşılaşacaq.

Əhməd Əhmədli (74 kq) təsnifat mərhələsində türkiyəli İbrahim Yapraka 1:4 hesabıyla məğlub olub.

Sadiq Mustafazadə (86 kq) israilli Tomer Drojniyaka (10:0), ukraynalı Pavlo Vaskovskiyə (12:2) və belaruslu Aleksey Kulakova (6:5) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Güləşçi yarımfinalda moldovalı Aleksandru Borsla gərgin mübarizə şəraitində keçən qarşılaşmada sevinən tərəf olub – 9:7. S.Mustafazadə finalda rusiyalı İbrahim Kadiyevlə güləşəcək.

Anar Cəfərli (92 kq) italiyalı Vassili Quccini (12:0) və belaruslu Vadim Bandarkov (8:0) üzərində inamlı qələbə qazanıb. İdmançı yarımfinalda bolqarıstanlı Sali Saliyevə də heç bir şans tanımayıb – 10:0. A.Cəfərli finalda rusiyalı Mustafagadji Malaxdibirovla üz-üzə gələcək.

Yusif Dursunov (125 kq) ermənistanlı Henrik Haykyanı (4:3) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Xabib Davudqadjiyevlə bacarmayıb – 2:10. Rəqib finaladək irəlilədiyi üçün Y.Dursunov sabah təsəlliverici görüşdə italiyalı Martino Piliero ilə qarşılaşacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=142299