“Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır

“Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdırbackend

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. 

Busaat.az xəbər verir ki, iclasda çıxış edən spiker Sahibə Qafarova əvvəlcə Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə deputatları təbrik edib.

O bildirib ki, dekabrın 1-nə Laçın rayonu da  dinc yolla qaytarılacaq: “Bununla da ölkəmizin ərazi bütövlüyü təmin ediləcək. Eşq olsun Ali Baş Komandana, Yaşasın Müzəffər Azərbaycan Ordusu”.

Spiker daha sonra Fransa senatında qəbul edilən qətnaməyə münasibət bildirib. O qeyd edib ki, ötən gün Senatda çirkin siyasi aksiya təşkil edilib və təxribat xarakterli qətnamə qəbul edilib: “Xalqımızın apardığı Vətən müharibəsinin üzərinə kölgə salmağa çalışılıb. Bununla bağlı Milli Məclis ciddi bir bəyanat qəbul etməlidir”.

Ardınca qətnaməylə bağlı müzakirələrə başlanılıb.

Deputat Azay Quliyev bildirib ki, qətnamə siyasi korrupsiyanın bariz nümunəsi hesab edilməlidir: “Dünyada indiyə kimi belə bir absurd qətnamə qəbul olunmayıb. Qətnamə işğaldan azad edilən torpaqların yenidən işğalçıya qaytarılmasını tələb edir. Həmçinin Türkiyəyə qarşı da əsassız iddialarla çıxış edir. Qətnamə ləğv olunana kimi biz Fransanın ATƏT-in həmsədri kimi qalmasından imtina etməliyik. Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır. Fransayla diplomatik əlaqələrə yenidən baxılmalıdır.  Həmçinin parlamentin Fransa ilə İşçi Qrupunun fəaliyyəti dayandırılmalıdır”.

***

Spiker bəyanatı hazırlamaq üçün deputatlardan ibarət komissiya yaradılmasını təklif edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki